“Şamaxı” qış təlim-məşq toplanışının ikinci mərhələsi üçün bu gün Türkiyənin Antalya şəhərinə yollanıb.
“Şamaxı TV” klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda 11 günlük toplanışda 3 yoxlama oyunu keçirəcək.
11 yanvarda Qazaxıstanın “Kaysar” və Rumıniyanın “Botaşani” klublarıyla qarşılaşacaq “Şamaxı” toplanışın son matçında yanvarın 18-i Serbiyanın “Napredak” klubu ilə üz-üzə gələcək.