spot_img
spot_img
Əsas səhifəDigər1000-dən çox şəxsə “Müharibə veteranı” adı verilməsindən imtina olunub

1000-dən çox şəxsə “Müharibə veteranı” adı verilməsindən imtina olunub

Dərc tarixi:

Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən Vətən müharibəsi iştirakçılarından təqdim olunan 84423 nəfərin adı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Zəfər” altsisteminə daxil edilib.

“Şamaxı TV” xəbər verir ki, hazırda qeyd olunan komissiyanın üzvlərinin müvafiq qurumlarla birgə sistemə adları daxil edilən vətəndaşlara “Müharibə veteranı” vəsiqələrinin verilməsi prosesi Bakı şəhəri və respublikamızın digər bölgələrində mərhələli şəkildə həyata keçirilir.

Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən komissiya tərəfindən bu günədək “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsi üçün təqdim olunan 4300 nəfərin məlumatlarının dəqiqləşdirilməsi məqsədilə əlavə zəruri sənədlər tələb olunduğuna görə yenidən baxılması üçün geri qaytarılıb, 1042 nəfərə isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 216-cı nömrəli qərarının tələblərinə zidd olduğuna görə imtina verilib.

Bundan başqa,1188 nəfər vətəndaşın sənədləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Zəfər” altsisteminə daxil edilməsi üçün aidiyyəti komissiyaya yeni təqdim olunub.

Qeyd edək ki, “Müharibə veteranı” adının verilməsi təsdiq olunan və adları “Zəfər” altsisteminə daxil edilən vətəndaşlara Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdünün (80 AZN) təyin edilməsi və 2022-ci ilin yanvar ayının 1-dən hesablanaraq ödənilməsi təmin olunacaq.

Son xəbərlər

Şamaxı gimnastları beynəlxalq festivalın qalibi olub

"Şamaxı TV" xəbər verir ki, 31 may-2 iyun 2024-cü il tarixlərində Bakı şəhərində keçirilən...

“Neftçi” Adrian Mutunu göndərdi

“Neftçi” rumıniyalı baş məşqçi Adrian Mutunu postundan göndərib."Şamaxı TV" "Qafqazinfo"ya istinadən xəbər verir ki,...

Şamaxıda İctimai Şuranın geniş iclası keçirilib

20 dekabr 2023-cü il tarixdə Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın geniş iclası keçirilmişdir. "Şamaxı...

Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb

Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb. Xəstəxanadan "Şamaxı TV"yə bildirilib ki,...

Oxşar xəbərlər