“Şamaxı” aparıcı oyunçularından biri ilə müqavilə müddətini uzadıb.
Şamaxı TV klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yarımmüdafiəçi Bahadur Həziyev daha iki il yarım “Şamaxı”da çıxış edəcək.
Qeyd edək ki, Şamaxı klubu bundan öncə hücumçu Emil Qasımovu heyətinə cəlb edib, Rəhman Daşdəmirov, Rövşən Şahmuradov və Fuad Bayramovla müqavilə yeniləyib.