“Şamaxı” 10 günlük istirahətin ardından bu gün “ASK Arena”da qış təlim-məşq toplanışının ilk mərhələsinə start verib.
Şamaxı TV xəbər verir ki, 4 gün məşqlərini burada davam etdirəcək bölgə təmsilçisi yanvarın 8-də hazırlığın ikinci mərhələsi üçün Türkiyənin Antalya şəhərinə yollanacaq.
Yanvarın 11-i Qazaxıstanın “Kaysar” və Rumıniyanın “Botaşani” klublarıyla qarşılaşacaq “Şamaxı” son oyununu yanvarın 18-də Serbiyanın “Napredak” klubuna qarşı keçirəcək.