23 dekabr 2022-ci il tarixində Eybalı Ağayevin sədrliyi ilə İcra Hakimiyyəti yanında İctimai Şuranın növbəti yığıncağı keçirilmişdir. Şamaxı şəhərində uşaq bağçaları-körpələr evlərində aparılan işlərin vəziyyəti ilə tanışlığın nəticələri barədə Şuranın sədr müavini N.Abdulrazaqova, üzvləri F.Quliyeva və G.Babaşovanın məlumatları dinlənilmişdir. Yığıncaqda uşaq bağçaları-körpələr evlərində müəyyən işlərin görüldüyü, lakin görüləsi tədbirlərin daha çox olduğu qeyd olunmuşdur. Şuranın təşəbbüsü ilə kiçik Xınıslı uşaq bağçasının tikintisi üçün torpaq sahəsi ayrılması barədə danışılmışdır. Eyni zamanda Şura iclasında sədr E.Ağayevin Mədrəsə qəsəbəsində görülmüş müsbət işlər barədə məlumatı da dinlənilmişdir.Şuranın iclasında rayonda yaşıllaşdırma aylığının birinci mərhələsinin başa çatması ilə əlaqədar. Şura üzvü A.Bayramovun, işçi qrupunun rəhbəri A.Həbibovun məlumatları nəzərə alınmışdır.Rayon mədəniyyət idarəsinin Şamaxı rayonu üzrə məsul nümayəndəsi R.Tağızadə əvvəllər verilmiş tapşırıq və tövsiyyələrin yerinə yetirilməsi vəziyyətini Şura üzvlərinə məruzə etmişdir.Rayonun mədəniyyət müəssisələrində bundan sonra da ciddi tədbirlər görülməsi tövsiyyə olunmuşdur.
İclas zamanı cari məsələlər də nəzərdən keçirilmiş və 2023-cü il üçün prespektiv fəaliyyət planı təsdiq edilmişdir.