London Escorts sunderland escorts 1v1.lol unblocked yohoho 76 https://www.symbaloo.com/mix/yohoho?lang=EN yohoho https://www.symbaloo.com/mix/agariounblockedpvp https://yohoho-io.app/ https://www.symbaloo.com/mix/agariounblockedschool1?lang=EN
spot_img
spot_img
Əsas səhifəŞəhidlərFüzuli döyüşləri zamanı şəhid olan Nadir Soltanov

Füzuli döyüşləri zamanı şəhid olan Nadir Soltanov

Dərc tarixi:

Doğma yurd yerlərimizi viran qoyan qaniçən yağı hələ də quduz xislətindən əl çəkmirdi. Son vaxtlar münaqişə zonasından uzaq bölgələrimizdə də ardıcıl təxribatlar törədir, hücum cəhdləri olurdu. Hər belə cəhdin qarşısı Silahlı Qüvvələrimiz tərəfindən alınır, düşmənə gərəkən cavab verilirdi. Bütün bunlar, eləcə də Ermənistan rəhbərliyinin sərsəm bəyanatlarından aydın olurdu ki, onlar yeni-yeni ərazi iddalarına düşüb. Vaxt yetişmişdi. Ermənistan hər an yeni təcavüz aktına başlaya bilərdi. Buna görə də dövlətimiz düşmənin qarşısını kəsmək, ona layiq olduğu yeri göstərmək üçün əvvəlcədən tədbirlər görmüşdü.

2020-ci il sentyabrın 27-sində Qəhrəman Azərbaycan Ordusu düşmənin illərlə formalaşdırdığı müdafiə xəttini yarmaq, istehkamlarını dağıdaraq işğal altında olan yurdlarımızı azad etmək üçün əks-hücum əməliyyatlarına başladı. Düşmənin atəş mövqelərinin bir neçəsi elə ilk həmlədən darmadağın edilərək, susduruldu. Çox sayda canlı qüvvəsi və hərbi texnikası məhv edildi.

İllərlə bu günü, bu döyüşləri gözləyən, Qarabağa qayıdacağımıza, doğma yerlərə yenidən sahib çıxacağımıza olan ümidləri qəlbinin ən dərin köşəsində mühafizə edib bu günə saxlayan qəhrəman oğullarımızdan biri də gizir Nadir Soltanov idi. Nadir Nazir oğlu Soltanov 1984-cü il yanvarın 11-də anadan olub. Ailədə beş qardaşın ən kiçiyi idi. Müsbət keyfiyyətləri ilə seçilib, bütün tanıyanların sevgisini qazanıb. Sonunda isə nəsibi bütün Azərbaycan xalqının sevgisini qazanmaq oldu.

Sentyabr ayının 27-də, əks-hücum əməliyyatlarının ilk günü qəhrəmanlıq göstərərək şəhidliyə ucaldı. Səhəri gün – Sentyabrın 28 də Şamaxı Şəhidlər Xiyabanında dəfn edildi.

Dəfn mərasimində Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Şamaxı Rayon İcra Hakimiyyətinin rəhbərliyi, şəhidin təhsil aldığı məktəbin kollektivi, o cümlədən rayon ictimaiyyəti, Əsgər və zabitlər iştirak etdi.

Çıxış edənlər igid Vətən oğlunun əziz xatirəsini hər zaman uca tutacaqlarını, şəhidlərimizin hər birinin böyüməkdə olan nəslə örnək olacağını, onların döyüş yolunun əsl vətənpərvərlik nümunəsi kimi məktəblilərə çatdırılacağını söylədilər.

Şəhidimizin ömür-gün yoldaşı Afət xanım övladları Sədəf, Aidə və Nadimi ataları Nadirin adına layiq böyüdür. Onların vətən üçün faydalı, xeyirli övlad olacağına inanır.

2020-ci ilin dekabr ayında Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında” imzaladığı Sərəncama əsasən, gizir Soltanov Nadir Nazir oğlu ölümündən sonra “Vətən uğrunda” və ” Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilib.

Mənbə: Zəfər Yolçuları ( Şamaxı şəhidləri )

Son xəbərlər

Şamaxı gimnastları beynəlxalq festivalın qalibi olub

"Şamaxı TV" xəbər verir ki, 31 may-2 iyun 2024-cü il tarixlərində Bakı şəhərində keçirilən...

“Neftçi” Adrian Mutunu göndərdi

“Neftçi” rumıniyalı baş məşqçi Adrian Mutunu postundan göndərib."Şamaxı TV" "Qafqazinfo"ya istinadən xəbər verir ki,...

Şamaxıda İctimai Şuranın geniş iclası keçirilib

20 dekabr 2023-cü il tarixdə Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın geniş iclası keçirilmişdir. "Şamaxı...

Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb

Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb. Xəstəxanadan "Şamaxı TV"yə bildirilib ki,...

Oxşar xəbərlər

Şamaxı gimnastları beynəlxalq festivalın qalibi olub

"Şamaxı TV" xəbər verir ki, 31 may-2 iyun 2024-cü il tarixlərində Bakı şəhərində keçirilən...

“Neftçi” Adrian Mutunu göndərdi

“Neftçi” rumıniyalı baş məşqçi Adrian Mutunu postundan göndərib."Şamaxı TV" "Qafqazinfo"ya istinadən xəbər verir ki,...

Şamaxıda İctimai Şuranın geniş iclası keçirilib

20 dekabr 2023-cü il tarixdə Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın geniş iclası keçirilmişdir. "Şamaxı...