spot_img
spot_img
Əsas səhifəŞəhidlərİsaxan Qaniyev: Kəşfiyyat qrupu ilə düşmən əsgərlərini məhv edən gizir

İsaxan Qaniyev: Kəşfiyyat qrupu ilə düşmən əsgərlərini məhv edən gizir

Dərc tarixi:

1985-ci il noyabrın 11-də Şamaxı şəhərində anadan olub.

Şamaxı THTFT Liseyində təhsil alıb. Gizir İsaxan Qanıyev kəşfiyyatçı kimi nə qədər böyük bir məsuliyyətin altına girdiyinin fərqində idi. 2020-ci ilin iyulunda Azərbaycan-Ermənistan sərhəddinin Tovuz rayonundan keçən hissəsində baş vermiş insident və bu döyüşlərdə General-mayor Polad Həşimovun şəhid olmasından sonra xalqımızın bütün övladları kimi. İsaxanın da səbir kasası daşdı.

Atası İsaman kişi deyir ki, İsaxan gec-tez torpaqlarımızın azadlığı uğrunda savaşın başlayacağını hiss edirdi. Ona görə də tez-tez şəhid olacağını dilə gətirir, sanki bizi bu günə hazırlayırdı. Deyirdi ki, “qismətimə şəhidlik yazılsa başını dik tut!”.
Atası qısa aradan sonra danışmağa davam edir: “Sentyabrın 26-sı günü mənimlə bəlkə də 26 dəfə telefonla danışdı. Həmin gün artıq təhlükə gözlənirmiş deyə bütün ordu hazır vəziyyətə gətirilibmiş. Görünür, ürəyinə damıb ki… doyunca sasimi eşitmək, bölüşmək istəyib”. Yenidən sükut çökür…

İsaxan İkinci Qarabağ savaşının başladığı ilk dəqiqələrdə ön cəbhədə xidmət aparırdı. Sentyabrın 27-də düşmən işğalında olan Tərtərin Talış kəndi istiqamətində Ordumuzun əks-hücumu nəticəsində bir neçə strateji yüksəklik azad edildi. Bölmələrimiz erməni hərbi birləşmələrinin müqavimət göstərdiyi mövqelərə raket-artilleriya və aviasiya zərbələri endirməklə, onları, illərdir əllərində saxladıqları postlardan geri çəkilməyə məcbur etdi. Beləliklə, Talış kəndi ətrafındakı bir neçə əlverişli yüksəklik İşğalçı qüvvələrdən təmizləndi. Düşmən çox sayda itki verǝrǝk Azərbaycan Ordusunun sarsıdıcı zərbələrinin qarşısında tab gətirməyin mümkünsüzlüyünü anladı. İsaxan İsaman oğlu Qanıyev 2020-ci il sentyabrın 27-də Tərtər rayonunun Talış kəndinin azğın düşməndən azad edilməsi uğrunda gedən həmin döyüşlərdə qəhrəmancasına şəhid oldu.

Taleyine yazılan “Şəhid” adının şərəfi, ucalığı ile doğma elinə – Şamaxıya qayıtdı. Sentyabr ayının 28-də Şamaxı Şəhidlər Xiyabanında torpağa tapşırıldı.

Rayon rəhbərliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı Rayon Şöbəsinin və rayon ictimaiyyəti nümayəndələrinin iştirakı ilə keçirilən dəfn mərasimi çoxsaylı insan izdihamı ilə yadda qaldı.

Həyat yoldaşı Kəmalə şəhid ömür-gün yoldaşının təsəllisini üç övladından alır.

2020-ci ilin dekabr ayında Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında” imzaladığı Sərəncama əsasən, gizir Qanıyev İsaxan İsaman oğlu ölümündən sonra “Vətən uğrunda”, “Laçının azad olunmasına görə” medalı ilə təltif edilib.

Mənbə : Zəfər Yolçuları (Şamaxı şəhidləri) kitabı

Son xəbərlər

Şamaxı gimnastları beynəlxalq festivalın qalibi olub

"Şamaxı TV" xəbər verir ki, 31 may-2 iyun 2024-cü il tarixlərində Bakı şəhərində keçirilən...

“Neftçi” Adrian Mutunu göndərdi

“Neftçi” rumıniyalı baş məşqçi Adrian Mutunu postundan göndərib."Şamaxı TV" "Qafqazinfo"ya istinadən xəbər verir ki,...

Şamaxıda İctimai Şuranın geniş iclası keçirilib

20 dekabr 2023-cü il tarixdə Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın geniş iclası keçirilmişdir. "Şamaxı...

Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb

Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb. Xəstəxanadan "Şamaxı TV"yə bildirilib ki,...

Oxşar xəbərlər

Şamaxı gimnastları beynəlxalq festivalın qalibi olub

"Şamaxı TV" xəbər verir ki, 31 may-2 iyun 2024-cü il tarixlərində Bakı şəhərində keçirilən...

“Neftçi” Adrian Mutunu göndərdi

“Neftçi” rumıniyalı baş məşqçi Adrian Mutunu postundan göndərib."Şamaxı TV" "Qafqazinfo"ya istinadən xəbər verir ki,...

Şamaxıda İctimai Şuranın geniş iclası keçirilib

20 dekabr 2023-cü il tarixdə Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın geniş iclası keçirilmişdir. "Şamaxı...