spot_img
spot_img
Əsas səhifəŞəhidlərQazi atanın şəhid oğlu, Rza Məmmədov

Qazi atanın şəhid oğlu, Rza Məmmədov

Dərc tarixi:

Hamı susmuşdu. “Dilkeş təsnifi”nin yanıqlı melodiyası dinləyənləri öz könül dünyasına apardı. Hər kəs Rzanın yanıqlı, ovsunlayıcı səsinin təsiri altında xəyalları, arzu və düşüncəsi ilə baş-başa idi. İfa sona yetəndə, ziyafətə yığışanlar bir müddət dinib-danışmadılar.

Qohumlar, doğmalar özlərinə gələndə hərbi xidmətə yollanan bu şux, gülərüz oğlanın sevinc dolu baxışları ilə üz-üzə qaldılar. Rza Məmmədov 2001-ci il noyabrın 23-də anadan olub. Şamaxı rayonu Göylər kənd 2 saylı tam orta məktəbində təhsil alıb.

Atası Əsgər kişi torpaqlarımızın azadlığı uğrunda savaşı iştirakçısı olub.

1992-1993-ci illərdə Kəlbəcər-Laçın istiqamətində döyüşüb. İyirmi yeddi il sonra özünün və silahdaşlarının yarım qoyduğu işi övladı tamamlamalı oldu.

Rzanın şəhidlik mərtəbəsinə ucaldığı ilə fəxr edir. Qəhrəman Azərbaycan Ordusunun əzəli torpaqlarımızı qaniçən, vandal, qəsbkar düşməndən addım-addım azad etməyini həyəcanla qarşılayır, ordumuzun hər bir nəfəri ile iftixar edir. Bir də onunla fəxr edir ki, bu dəfə düşmən Ordumuzun qarşısında çox cılız, aciz, qorxaq görünür, İnanır ki, tezliklə Qarabağımız işğaldan tamamilə azad olunacaq, bütün şəhidlərimizin, o cümlədən oğlu Rzanın da qisası alınacaq.

Rzanın gözəl səsi vardı. Şamaxı İncəsənət məktəbində təhsil alırdı. Hərbi xidməti başa vurandan sonra Musiqi Akademiyasına daxil olmağı arzulayırdı, lakin Ermənistanın Azərbaycan torpaqlarına etdiyi təcavüz minlərlə gənc qardaşımız kimi onun da arzularını ürəyində qoydu. O, bütün arzularını vətəninə bağışladı.

Məmmədov Rza Əskər oğlu Füzuli istiqamətində gedən döyüşlərdə sentyabr ayının 27-də qəhrəmancasına şəhid oldu. Sentyabrın 28-də Göylər kənd qəbiristanlığında dəfn olundu.

Canını torpağımızın azadlığı yolunda fəda edən igid əsgərimizə ehtiram əlaməti olaraq Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Şamaxı Rayon İcra Hakimiyyətinin rəhbərliyi, şəhidin təhsil aldığı təhsil müəssisələrinin kollektivləri, habelə rayon ictimaiyyəti, əsgər və zabitlər dəfn mərasimində iştirak etdi. Şəhidimizin əbədiyyətə qovuşan ruhuna dualar oxundu.

Atası Rza kişi “fəxr edirəm ki, mənim oğlum Vətən yolunda şəhid olub. Vətən sağ olsun!” – deməsi ilə böyük bir nümunə göstərmiş oldu. 2020-ci ilin dekabr ayında Prezident İlham Əliyevin “Azərbaycan Respublikası: Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında” imzaladığı Sərəncama əsasən, əsgar Məmmədov Rza Əskər oğlu ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalı ilə təltif edildi.

Mənbə : Zəfər Yolçuları ( Şamaxı şəhidləri) kitabı

Son xəbərlər

Şamaxı gimnastları beynəlxalq festivalın qalibi olub

"Şamaxı TV" xəbər verir ki, 31 may-2 iyun 2024-cü il tarixlərində Bakı şəhərində keçirilən...

“Neftçi” Adrian Mutunu göndərdi

“Neftçi” rumıniyalı baş məşqçi Adrian Mutunu postundan göndərib."Şamaxı TV" "Qafqazinfo"ya istinadən xəbər verir ki,...

Şamaxıda İctimai Şuranın geniş iclası keçirilib

20 dekabr 2023-cü il tarixdə Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın geniş iclası keçirilmişdir. "Şamaxı...

Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb

Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb. Xəstəxanadan "Şamaxı TV"yə bildirilib ki,...

Oxşar xəbərlər

Şamaxı gimnastları beynəlxalq festivalın qalibi olub

"Şamaxı TV" xəbər verir ki, 31 may-2 iyun 2024-cü il tarixlərində Bakı şəhərində keçirilən...

“Neftçi” Adrian Mutunu göndərdi

“Neftçi” rumıniyalı baş məşqçi Adrian Mutunu postundan göndərib."Şamaxı TV" "Qafqazinfo"ya istinadən xəbər verir ki,...

Şamaxıda İctimai Şuranın geniş iclası keçirilib

20 dekabr 2023-cü il tarixdə Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın geniş iclası keçirilmişdir. "Şamaxı...