spot_img
spot_img
Əsas səhifəDigərŞamaxıda dünya ikincisi ilə görüş keçirilib

Şamaxıda dünya ikincisi ilə görüş keçirilib

Dərc tarixi:

27 dekabr 2022-ci il tarixində Şamaxı Rayonu İcra Hakimiyyətində rayon icra hakimiyyətinin başçısının birinci müavini Hikmət Şikarovun, başçının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Etibar Muradlının, Şamaxı Rayon Gənclər və İdman idarəsinin rəisi Şahmar Hüseynovun iştirakı ilə Kikboksinq idman növü üzrə yeniyetmələr arasında dəfələrlə Azərbaycan kubokunun mükafatçısı, cari ilin 12-15 may tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilən WAKO Versiyası üzrə Dünya Kuboku yarışlarında kubokun sahibi, Wako versiyası üzrə 30 sentyabr – 8 oktyabr 2022-ci il tarixlərində İtaliyanın Jesolo şəhərində keçirilən Dünya birinciliyində yeniyetmələr arasında 45 kq çəkidə Dünya ikincisi olan həmyerlimiz Qiyasov Rinat Zibeyir oğlu ilə görüş keçirildi.
Görüşdə çıxış edən rayon icra hakimiyyətinin başçısının birinci müavini Hikmət Şikarov Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkə həyatının bütün sahələrində olduğu kimi, idmanın inkişafına yönəlmiş qərarların qəbulu, tədbirlərin reallaşması idman sahəsində ölkəmizin yüksək beynəlxalq nüfuz qazanmasına səbəb olmasından, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən qayğıdan geniş bəhs etdi və rayonumuzda da bu sahədə görürülmüş işlərlər və əldə olunmuş nəticələri diqqətə çatdırdı. Beynəlxalq səviyyəli yarışlarda və Respublika birinciliklərində çıxış edərək, ölkəmizi və rayonumuzu uğurla təmsil edən idmançıların hər zaman rayon rəhbərliyinin diqqət və qayğısı ilə əhatə olunduğunu bildirdi.
Sonda görüş iştirakçıları Qiyasov Rinata gələcək yarışlarda uğurlar arzuladılar. Tədbirin sonunda xatirə şəkilləri çəkildi.

Son xəbərlər

Şamaxı gimnastları beynəlxalq festivalın qalibi olub

"Şamaxı TV" xəbər verir ki, 31 may-2 iyun 2024-cü il tarixlərində Bakı şəhərində keçirilən...

“Neftçi” Adrian Mutunu göndərdi

“Neftçi” rumıniyalı baş məşqçi Adrian Mutunu postundan göndərib."Şamaxı TV" "Qafqazinfo"ya istinadən xəbər verir ki,...

Şamaxıda İctimai Şuranın geniş iclası keçirilib

20 dekabr 2023-cü il tarixdə Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın geniş iclası keçirilmişdir. "Şamaxı...

Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb

Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb. Xəstəxanadan "Şamaxı TV"yə bildirilib ki,...

Oxşar xəbərlər

Şamaxı gimnastları beynəlxalq festivalın qalibi olub

"Şamaxı TV" xəbər verir ki, 31 may-2 iyun 2024-cü il tarixlərində Bakı şəhərində keçirilən...

“Neftçi” Adrian Mutunu göndərdi

“Neftçi” rumıniyalı baş məşqçi Adrian Mutunu postundan göndərib."Şamaxı TV" "Qafqazinfo"ya istinadən xəbər verir ki,...

Şamaxıda İctimai Şuranın geniş iclası keçirilib

20 dekabr 2023-cü il tarixdə Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın geniş iclası keçirilmişdir. "Şamaxı...