14 dekabr 2022-ci il tarixində Şamaxı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon mədəniyyət mərkəzində “Məişət və gender zorakılığı” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini -İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Mehriban Eyubova, Qafqaz Müsəlmanları İdarəsinin Şamaxı bölgəsi üzrə qazisi Mərəhməd Mustafayev, Şamaxı Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Emin Hüseyn, rayonun hüquq-mühafizə orqanlarının və rayon ictimaiyyətinin nümayəndərələri, eləcə də rayonda fəaliyyət göstərən ali və orta təhsil müəssisələrində təhsil alan bir qrup gənc iştirak edib.
Tədbiri giriş sözü ilə açan Mehriban Eyubova mövzunun aktuallığı barədə tədbir iştirakçılarına məlumat verərək bu gün ölkəmizdə və rayonda bu istiqamətdə görülmüş işlərdən geniş söhbət açaraq bu kimi maarifləndirici tədbirlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Tədbirdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin Şamaxı bölgəsi üzrə qazisi Mərəhməd Mustafayev islam dininin zorakılığa qarşı olmasını, Şamaxı Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Emin Hüseyn zorakılığa məruz qalmış insanların psixoloji və fiziki sağlamlıqlarına dəymiş zərərin fəsadları, Şamaxı Rayon Prokurorluğunun köməkçisi İsmayıl Həsənli, Şamaxı Rayon Polis şöbəsinin əməkdaşları Ceyhun Rüstəmov və Xaliq Məmmədov bu kimi hallara qarşı qanunvericilikdə nəzərdə tutulmuş sanksiyaların mahiyyəti barədə tədbir iştirakçılarına geniş məlumat veriblər.
Qarşılıqlı diskussiya şəraitində keçən tədbirdə gəncləri maraqlandıran suallar cavablandırılıb.