Bu gün “Şamaxı” klubu ilə müqavilə müddətini uzadan Fuad Bayramov klubun mətbuat xidmətinə müsahibə verib.
Fuad Bayramov: “İlk olaraq bizim kimi gənc futbolçulara belə şans yaratdıqlarına görə klub rəhbərliyinə və məşqçilər heyətinə təşəkkür edirəm. Yeni müqavilə imzalamaq mənim üçün çox xoş oldu. Doğma diyarımın klubunu təmsil etmək mənə daha da ruh verir, inkişafımı artırır. “Şamaxı” üçün əlimdən gələni edəcəm ki, klub daim zirvələrdə olsun”.
Qeyd edək ki, 24 yaşlı müdafiəçi ilə 1,5 illik müqavilə imzalanıb.
“Şamaxı” daha əvvəl Emil Qasımovu heyətinə cəlb edib, Rəhman Daşdəmirov və Rövşən Şahmuradovla müqaviləni yeniləyib.