spot_img
spot_img
Əsas səhifəDigər2023-cü ilin qeyri-iş günləri açıqlandı

2023-cü ilin qeyri-iş günləri açıqlandı

Dərc tarixi:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 15 dekabr 2022-ci il tarixli Qərarı ilə 2023-cü il üçün iş vaxtı norması və istehsalat təqvimi təsdiq edilib.

Nazirlikdən verilən xəbərə görə, 2023-cü il üçün iş vaxtı normasında bildirilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin “2023-cü il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” 2022-ci il 9 dekabr tarixli 438 nömrəli Qərarına əsasən 2023-cü ildə aşağıdakı günlər iş günü hesab edilmir:

1, 2 yanvar – Yeni il bayramı;
20 Yanvar – Ümumxalq Hüzn Günü;
8 Mаrt – Qadınlar Günü;
20, 21, 22, 23, 24 mart – Novruz bayramı;
21, 22 арrеl – Ramazan bауrаmı;
9 May – Faşizm üzərində Qələbə günü;
28 Mау – Müstəqillik Günü;
15 İyun – Azərbaycan xalqının Milli Qurtuluş Günü;
26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü;
28, 29 iyun – Qurban bayramı;
8 Noyabr – Zəfər Günü;
9 noyabr – Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü;
31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü.

2023-сü ildə həftələrarası istirahət günlərinin iş günləri hesab olunmayan bayram günləri ilə üst-üstə düşməsi ilə əlaqədar olaraq beşgünlük iş həftəsində 3, 4 yanvar, 24 aprel, 29 may tarixləri, altıgünlük iş həftəsində 3 yanvar, 29 may tarixləri istirahət günləridir.

2023-cü ilin fevral ayı 28 təqvim günündən, il isə 365 təqvim günündən ibarətdir.

2023-cü ildə beşgünlük iş həftəsində 240 iş günü (onlardan 7-si bayramqabağı və Ümumxalq Hüzn Günü qabağı iş günləridir), iş günü hesab edilməyən 109 istirahət günü (onlardan 4-ü iş günü hesab edilməyən bayram günləri ilə üst-üstə düşməsinə görə müəyyən edilən), iş günü hesab edilməyən 19 bayram (4-ü istirahət günləri ilə üst-üstə düşən) və 1 Ümumxalq Hüzn Günü vardır.

Azərbaycanda gündəlik normal iş vaxtının müddəti 8 saatdan, gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq ola bilməz. Bir qayda olaraq, iki istirahət günü olan beşgünlük iş həftəsi müəyyən edilir.

2023-cü ilin iş vaxtı norması 40 saatlıq beşgünlük iş həftəsi üzrə 8 saatlıq iş günü hesabından müəyyən edilir. 2023-cü il üçün 40 saatlıq iş həftəsində iş vaxtının illik norması 1913 saatdır.

Altıgünlük iş həftəsi tətbiq edilərkən həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan və bilavasitə səhərisi gün istirahət günü olan iş gününün müddəti isə 6 saatdan çox ola bilməz.

Altıgünlük iş həftəsi olan iş yerlərində 40 saatlıq iş həftəsində çalışan işçilər üçün 2023-cü ildə beşgünlük iş həftəsi üzrə hesablanmış 1913 saatlıq illik iş vaxtı norması tətbiq edilməlidir.

Qeyd edək ki, hər il üçün təsdiq edilən iş vaxtı norması və istehsalat təqvimləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi internet saytının “İstehsalat təqvimləri” altbölməsində yerləşdirilir. 

Son xəbərlər

Şamaxı gimnastları beynəlxalq festivalın qalibi olub

"Şamaxı TV" xəbər verir ki, 31 may-2 iyun 2024-cü il tarixlərində Bakı şəhərində keçirilən...

“Neftçi” Adrian Mutunu göndərdi

“Neftçi” rumıniyalı baş məşqçi Adrian Mutunu postundan göndərib."Şamaxı TV" "Qafqazinfo"ya istinadən xəbər verir ki,...

Şamaxıda İctimai Şuranın geniş iclası keçirilib

20 dekabr 2023-cü il tarixdə Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın geniş iclası keçirilmişdir. "Şamaxı...

Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb

Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb. Xəstəxanadan "Şamaxı TV"yə bildirilib ki,...

Oxşar xəbərlər

Şamaxı gimnastları beynəlxalq festivalın qalibi olub

"Şamaxı TV" xəbər verir ki, 31 may-2 iyun 2024-cü il tarixlərində Bakı şəhərində keçirilən...

“Neftçi” Adrian Mutunu göndərdi

“Neftçi” rumıniyalı baş məşqçi Adrian Mutunu postundan göndərib."Şamaxı TV" "Qafqazinfo"ya istinadən xəbər verir ki,...

Şamaxıda İctimai Şuranın geniş iclası keçirilib

20 dekabr 2023-cü il tarixdə Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın geniş iclası keçirilmişdir. "Şamaxı...