spot_img
spot_img
Əsas səhifəDigərBu gün yazıçı Elxan Elatlının 60 yaşı tamam olur

Bu gün yazıçı Elxan Elatlının 60 yaşı tamam olur

Dərc tarixi:

Doğum günü münasibəti ilə Elxan Elatlını təbrik edir, ona can sağlığı arzulayırıq !

Qeyd edək ki, Elxan Elatlı 1962-ci il 19 dekabrda Şamaxı rayonunun Sis kəndində anadan olub. Orta təhsilini doğma kəndlərində aldıqdan sonra Bakıdakı Fizika–riyaziyyat təmayüllü Respublika 1 saylı məktəbində davam elətdirib. Uşaq yaşlarından ədəbiyyata böyük marağı olub. Kiçik şeirlər və hekayələr yazıb. “Kirpi” jurnalında miniatürləri, rayon qəzetində çoxsaylı məqalələri çap olunub.

1980–1985-ci illərdə BDU–nun mexanika–riyaziyyat fakültəsində oxuyub. 1985–2001-ci illərdə doğulduğu kənddə fizika–riyaziyyat müəllimi, rayon icra hakimiyyətinin ərazi üzrə nümayəndəsi, məktəb direktoru vəzifələrində çalışıb. 2001-ci ildən Bakı şəhərində yaşayır. İndiyədək 28 kitabı işıq üzü görüb ki, onların dördü şeir, ikisi riyazi məntiq, biri qəhrəmanlıq romanı(“Qisas gecəsi”), digəri psixoloji roman (“Mərtəbələr”) və “Xəstə ruhlar” əsəri tarixi-detektiv roman, on doqquzu isə detektiv nəsr əsərləridir. “Xəyanət” romanından sonra detektiv yazıçı kimi tanınmağa başlayıb. İrihəcmli “Qan ləkəsi” romanı və oradakı hadisələrin müəyyən mənada davamı olan “Cəhənnəmdən gələn səs” romanı vətənpərvərlik tərbiyəsi baxımından qiymətli əsərlər hesab oluna bilər. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.

Əsərləri:

•”Ağrıyır ürəyim, ağrıyır yaman” (şeirlər)
•”Səhv edirik biz” (şeirlər və qəzəllər)
•”Axtar məni” (şeirlər və qəzəllər)
•”Seçilmiş şeirləri” (şeirlər, poemalar)
•”Düşün bir az” (məntiqi riyaziyyat məsələləri)
•”Maraqlı məntiq məsələləri”
•”Yeddinci mərtəbədə qətl” (detektiv povest və hekayələr)
•”İtmiş qızın axtarışı” (detektiv povest və hekayələr)
•”Pəncərədə görünən kölgə”
•”Xəyanət” (Qanbay Qasımlı)
•”Qan ləkəsi” (Ələmdar Məlikov & Allahverdi Əbilov)
•”Bakıdan gələn xəfiyyə” (Qanbay Qasımlı)
•”Dilənçi qadının sirri” (Qanbay Qasımlı)
•”Cəhənnəmdən gələn səs” (Ələmdar Məlikov — həmçinin rus dilində “Голос из ада”)
•”Görünməyən izlər”
•”Qisas gecəsi” (Mübariz İbrahimova həsr olunmuş qəhrəmanlıq romanı)
•”Arxalı canavar” (Qanbay Qasımlı & Ələmdar Məlikov)
•”Ələkeçməz yaquar” (Ayxan Asayev & Melissa)
•”Ən yaxın planet” (Ələmdar Məlikov)
O gecə yağış yağırdı
•”Seçilmiş cəza”(Qanbay Qasımlı)
“Adsız tablo”
•”Mərtəbələr” (psixoloji roman)
•”Niyə susursan, polkovnik?”(Qanbay Qasımlı)
•”Qanunsuz əməliyyat” (Ələmdar Məlikov & Gültən Dəmirli)
•”Xəstə ruhlar” (tarixi-detektiv roman, Qanbay Qasımlı)
•”Məhəbbətin gizli kodu” (Qanbay Qasımlı)
•”14-cü Adam” (Qanbay Qasımlı)
•”Ölüm ağacının kölgəsində” (Ələmdar Məlikov & Gültən Dəmirli)
•”Eksperiment” (Karyera romanı)
•”Qanbay Qasımlının xəfiyyələri” (detektiv — Seldan Ayazlı və Elmar Bayarlı)
•”Armed Mişel” (Tarixi roman)
•”Uğursuz gecə” (Qanbay Qasımlı)
•”Alternativ əməliyyat” (Ələmdar Məlikov, Gültən Dəmirli, Ayxan Asayev)
•”Susan qadın” (Qanbay Qasımlı)

Son xəbərlər

“Neftçi” Adrian Mutunu göndərdi

“Neftçi” rumıniyalı baş məşqçi Adrian Mutunu postundan göndərib."Şamaxı TV" "Qafqazinfo"ya istinadən xəbər verir ki,...

Şamaxıda İctimai Şuranın geniş iclası keçirilib

20 dekabr 2023-cü il tarixdə Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın geniş iclası keçirilmişdir. "Şamaxı...

Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb

Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb. Xəstəxanadan "Şamaxı TV"yə bildirilib ki,...

Şamaxının turizm potensialı “Euronews” telekanalında – Video

“Euronews” telekanalı Şamaxının turizm potensialı haqqında veriliş hazırlayıb.“Şamaxı TV” xəbər verir ki, verilişdə Şamaxının...

Oxşar xəbərlər

“Neftçi” Adrian Mutunu göndərdi

“Neftçi” rumıniyalı baş məşqçi Adrian Mutunu postundan göndərib."Şamaxı TV" "Qafqazinfo"ya istinadən xəbər verir ki,...

Şamaxıda İctimai Şuranın geniş iclası keçirilib

20 dekabr 2023-cü il tarixdə Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın geniş iclası keçirilmişdir. "Şamaxı...

Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb

Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb. Xəstəxanadan "Şamaxı TV"yə bildirilib ki,...