“Lusail” stadionunda keçirilən və polşalı referi Şimon Marçinyakın idarə etdiyi oyun dramatik məcrada keçib. Əsas vaxtı 3:3 hesablı bərabərliklə başa çatan oyun penaltilər seriyasına qədər uzanıb. Burada daha dəqiq olan (4:2) Argentina millisi tarixində 3-cü dəfə dünya çempionu adının qazanıb.
İkiqat dünya çempionu Fransa isə gümüş mükafatçı olub.
Xatırladaq ki, Xorvatiya DÇ-2022-nin bürünc medalını qazanıb.
18 dekabr
DÇ-2022, Final
19:00. Argentina – Fransa – 3:3 (Penaltilər seriyası – 4:2)
Qollar: Lionel Messi, 13-pen.(1:0), Di Mariya, 36 (2:0), Kilian Mbappe, 80-pen. (2:1), 82 (2:2), Lionel Messi, 109 (3:2), Kilian Mbappe, 118-pen. (3:3)
Penaltilər seriyası
Argentina + + + +
Fransa + – – +
Baş Hakim Şimon Marçinyak (Polşa)
“Lusail” stadionu