Bu gün DÇ-2022-də bürünc medal uğrunda qarşılaşma oynanılıb.
Şamaxı TV xəbər verir ki, matçda Xorvatiya və Mərakeş yığmaları üz-üzə gəlib. “Xəlifə” stadionu keçirilən görüşdə Xorvatiya 2:1 hesabı ilə qalib gələrək turniri 3-cü pillədə başa vurub.
Qeyd edək ki, yarımfinalda Xorvatiya Argentinaya (0:3), Mərakeş isə Fransaya uduzub (0:2).
DÇ-2022
Bürünc medal uğrunda oyun
19:00. Xorvatiya – Mərakeş – 2:1
Qol: Yosko Qvardiol, 7 (1:0), Aşraf Dari, 9 (1:1), Mislav Orsiç, 42 (2:1)
Baş hakim: Əbdülrəhman Əl-Yassin (Qətər)
“Xəlifə” stadionu.