spot_img
spot_img
Əsas səhifəDigərBeynəlxalq yarışda qalib olmuş şagirdlərlə görüş keçirilib

Beynəlxalq yarışda qalib olmuş şagirdlərlə görüş keçirilib

Dərc tarixi:

16 dekabr 2022-ci il tarixdə Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatında “Saf STEAM 2022 lego survivor middle” kateqoriyası üzrə beynəlxalq yarışda rayonumuzu layiqincə təmsil edərək gümüş medala layiq görülmüş şagirdlərlə görüş keçirilmişdir.
Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı öz nitqində vurğuladı ki, bugün cənab Prezidentimiz İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğı nəticəsində ölkəmizdə təhsil yüksək səviyyədə inkişaf edir. İstər ümum təhsil müəssisələrində, istərsə də ali təhsil müəssisələrində gənclərimizin yüksək səviyyədə təhsil almaları üçün hər bir şərait yaradılıb və bunun nəticəsidir ki, bugün Azərbaycan gəncləri təhsillə bağlı keçirilən beynəlxalq yarışlarda yüksək nəticə göstərirlər.
Şamaxı şəhər Avropa liseyinin direktoru Elmir Alməmmədov YAP Şamaxı rayon təşkilatı təhsil işçiləri və şagirdlərin fəaliyyəti ilə yaxından maraqlanıb onları yüksək qiymətləndirdiyi üçün öz minnətdarlığını bildirdi. Elmir Alməmmədov çıxışının sonunda Yeni Azərbaycan Partiyasının gələcək fəaliyyətində uğurlar arzuladı.
Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı tərəfindən Şamaxı şəhər Avropa liseyinin direktoru Alməmmədov Elmir Vadil oğlu təhsildə səmərəli fəaliyyətinə görə və Şamaxı şəhər Avropa litseyinin müəllimi İsmayılova Aygün Rusxat qızı beynəlxalq yarışda rayonumuzu layiqincə təmsil etdiyinə görə Fərxi Fərmanla təltif olundular. Eyni zamanda həmin məktəbin şagirdləri Xasiyev Uğur Fərhad oğlu, Məmişov Üzeyir Səbuhi oğlu və Vəliyev Ziya Orxan oğlu beynəlxalq yarışda rayonumuzu layiqincə təmsil etdikləri üçün Təşəkkürnamə ilə təltif edilmişlər.

Son xəbərlər

Şamaxı gimnastları beynəlxalq festivalın qalibi olub

"Şamaxı TV" xəbər verir ki, 31 may-2 iyun 2024-cü il tarixlərində Bakı şəhərində keçirilən...

“Neftçi” Adrian Mutunu göndərdi

“Neftçi” rumıniyalı baş məşqçi Adrian Mutunu postundan göndərib."Şamaxı TV" "Qafqazinfo"ya istinadən xəbər verir ki,...

Şamaxıda İctimai Şuranın geniş iclası keçirilib

20 dekabr 2023-cü il tarixdə Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın geniş iclası keçirilmişdir. "Şamaxı...

Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb

Şamaxı Rayon Mərkəzi Xəstəxanasınada onlayn növbə sistemi fəaliyyətə başlayıb. Xəstəxanadan "Şamaxı TV"yə bildirilib ki,...

Oxşar xəbərlər

Şamaxı gimnastları beynəlxalq festivalın qalibi olub

"Şamaxı TV" xəbər verir ki, 31 may-2 iyun 2024-cü il tarixlərində Bakı şəhərində keçirilən...

“Neftçi” Adrian Mutunu göndərdi

“Neftçi” rumıniyalı baş məşqçi Adrian Mutunu postundan göndərib."Şamaxı TV" "Qafqazinfo"ya istinadən xəbər verir ki,...

Şamaxıda İctimai Şuranın geniş iclası keçirilib

20 dekabr 2023-cü il tarixdə Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın geniş iclası keçirilmişdir. "Şamaxı...